İQTİSADİYYAT


SAHİBKARLIQLA MƏŞĞUL OLAN QADINLAR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

Sabirabadda ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Proqramı üzrə Müstəqil Hüquq Mərkəzinin “Sahibkarlıqla məşğul olan qadınlar üçün təlim” layihəsinin növbəti məşğələsi keçirilmişdir.

Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, məşğələdə iqtisadiyyatın inkişafında və yoxsulluğun azaldılmasında qadınların rolu, sahibkarlıq fəaliyyətinin hüquqi normativ əsasları, vergi, mühasibat, kredit, maliyyə və s. sahələrdə sahibkar qadınların hüquq və vəzifələri barədə məlumat verilmişdir.

Tədbirdə qadınların sahibkarlıqla məşğul olmalarına əngəl törədən amillər araşdırılmış, bu sahədə dövlətin həyata keçirdiyi siyasətdən danışılmışdır.

Sonda seminar iştirakçılarına sertifikatlar verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.