MƏDƏNİYYƏT
“SAHİBKAR QADINLARA YARDIM” KİTABI NƏŞR EDİLMİŞDİR
ATƏT-in Bakı ofisinin “Sahibkar qadınlara yardım” proqramı çərçivəsində həyata keçirdyi “Sahibkar qadınlar üçün təlim” layihəsinin birinci mərhələsinin başa çatması ilə əlaqədar olaraq ”Sahibkar qadnlara yardım” kitabı nəşr edilmişdir.
Bu kitab Azərbaycanın müxtəlif regionlarından olan sahibkar və sahibkarlıqla məşğul olmaq istəyən qadınlar üçün keçirilən təlim-kursların, seminar görüşlərin və konfransın materialları əsasında hazırlanmışdır.
Kitabda görüş və seminarlar zamanı ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Piter Burhard, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və başqalarının qadın sahibkarlığı, onun zəruriliyi, problemlər və perspektivləri haqqında çıxışları dərc olunmuşdur.
Layihənin rəhbəri Müstəqil Hüquq Mərkəzinin prezidenti Aydın Kərimov, kitabın tərtibatçısı və redaktoru Nigar Filiyevadır.