İQTİSADİYYAT
“SAHİBKAR QADINLARA YARDIM” LAYİHƏSİ DAVAM EDİR
ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinın (MEPHM) həyata keçirdiyi “Sahibkar və sahibkarlıqla məşğul olmaq istəyən qadınlara yardım” layihəsi davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, növbəti seminar mayın 2-3-də Saatlı rayonunda keçirilmişdir. Təlimdə sahibkarlıqla məşğul olmaq istəyən 20 qadın iştirak etmişdir. Onlar sahibkarlıq fəaliyyəti üçün zəruri olan məlumatlar, bilik və bacarıqlar əldə etmiş, praktik məşğələlər keçmişlər.
Qadınlara ATƏT və MEPHM-nin sahibkarlar üçün hazırladığı ilkin materiallar və normativ aktlar, “Sahibkar qadınlara yardım” kitabı paylanmışdır.
Seminarın sonunda iştirakçılara sertifikat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]