SİYASƏT


ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ DƏRİN EHTİRAM

Ölkəmizdə səfərdə olan Avstriyanın federal daxili işlər naziri Ernst Ştrasser və onu müşayiət edən şəxslər Azərbaycanın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin əziz xatirəsini yad etmək üçün iyulun 13-də Şəhidlər xiyabanını ziyarət etmişlər.Qonaqlar Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəbirləri üzərinə gül-çiçək dəstələri düzmüş, burada ucaldılmış Əbədi məşəl abidəsinin qarşısına əklil qoymuşlar.Sonra avstriyalı qonaqlar İçərişəhərlə və paytaxtımızın digər görməli yerləri ilə tanış olmuşlar. X X X SƏFƏR BAŞA ÇATMIŞDIR Həmin gün Avstriyanin federal daxili işlər naziri Ernst Ştrasser səfərini başa çatdıraraq öz ölkəsinə yola düşmüşdür. Dost ölkənin naziri respublikamıza səfərinin nəticələrindən razı qaldığını, keçirilən görüşlərin, aparılan danışıqların faydalı olduğunu vurğulamış, Azərbaycan ilə Avstriya arasında daxili işlər orqanları sistemində əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir. Binə hava limanında hörmətli qonağı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Avstriyanın ölkəmizdəki səfiri xanım Haydemariya Gürer və nazirliyin digər vəzifəli şəxsləri yola salmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.