İDMAN


ŞAHİN İMRANOVUN BƏXTİ GƏTİRMƏDİ

AZƏRTAC xəbər verir ki, avqustun 20-də Afinada Azərbaycan boksçularından daha biri – 57 kiloqram çəki dərəcəsində çıxış edən Şahin İmranov ¼ finalda yarışmaq uğrunda mübarizə aparmışdır. Bu dəfə onun rəqibi Rusiya idmançısı Aleksey Tişşenko idi.

Görüş çox gərgin başladı, lakin Şahin üstünlüyü tədricən ələ alaraq, ilk iki raundu 10:9 və 12:7 hesab ilə öz xeyrinə başa çatdırdı. Üçüncü raunda da üstünlük Azərbaycan idmançısında idi. Rusiya boksçusu kobudluğa yol verdiyinə görə, hakim ona xəbərdarlıq da etdi. Lakin bu raunda hesab 9:5 Azərbaycan idmançısının xeyrinə olarkən onun qaşı partladı və hakim görüşü dayandırdı. Əslində, Şahinin zədəsi çox da ağır deyildi və o, yəqin ki, döyüşü davam etdirə bilərdi. Bununla belə, həmin vaxtadək 31:21 hesabı ilə irəlidə olan Şahin İmranov Olimpiya medalları uğrunda mübarizədən kənarda qaldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.