CƏMİYYƏT


SƏHİYYƏ İŞÇİLƏRİNİN ATTESTASİYASI KEÇİRİLƏCƏKDİR

Səhiyyə Nazirliyi kollegiyasının qərarına əsasən, iyulun 1-dən səhiyyə işçilərinin attestasiyası keçiriləcəkdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həkimlər, əczaçılar, orta tibb işçiləri attestasiyadan keçirilərkən onların peşə hazırlığı və praktik vərdişləri qiymətləndiriləcəkdir. Attestasiyadan əlavə, ixtsaslaşma imtahanları da keçiriləcəkdir. Yüksək ixtisas almış işçilərin əmək haqqı 25 faiz, birinci dərəcəli ixtisas alanların 15 faiz, ikinci dərəcəlilərin isə 10 faiz artırılacaqdır.

Attestasiya dekabr ayında başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.