SİYASƏT
ŞAHZADƏ YANIQDAN ƏZİYYƏT ÇƏKƏN UŞAQLARA KÖMƏK EDƏCƏKDİR
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Azərbaycan pediatriyasının banisi Əbülfəz Qarayevin adını daşıyan bu tibb ocağının tarixi, ölkənin səhiyyə sistemində aparılan islahatlar, kəskin yoluxucu xəstəliklərin kökünün kəsilməsi sahəsində qazanılmış uğurlar barədə hörmətli qonağa məlumat vermiş, ötən il bu xəstəxanada 20 çarpayılıq ixtisaslaşdırılmış yanıq şöbəsinin açıldığını vurğulamışdır.
Söhbət zamanı şahzadə Maykl başçılıq etdiyi təşkilatın xətti ilə xəstəxananın yanıq şöbəsinə yardım göstərəcəyini bildirmişdir. O demişdir ki, Rusiyada və olduğu digər ölkələrdə uşaq müalicə ocaqları ilə bu cür əlaqələr yaradılmışdır. Britaniya təşkilatı yanğından zərər çəkmiş uşaqlarla yanaşı, yanğınsöndürmə xidmətlərinə də yardım göstərir.
Sonra şahzadə Maykl yanıq şöbəsi ilə tanış olmuş, həkimlərlə, habelə balaca xəstələrin valideynləri ilə söhbət etmişdir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov hörmətli qonaqla birlikdə xəstəxanada olmuşlar.