MƏDƏNİYYƏT
ŞAİR BABA VƏZİROĞLUNUN YARADICILIQ GECƏSİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Muğam Teatrında əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilmişdir.
Muğam Teatrının direktoru Arif Qazıyev, professor İlham Rəhimli, bəstəkar Faiq Sücəddinov, yazıçı Rafiq Tağı və başqaları şairin həyat və yaradıcılığından danışmışlar. Xalq artistləri İlhamə Quliyeva, Aygün Bayramova, əməkdar artistlər Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, müğənnilər Tünzalə Ağayeva, İradə İbrahimova, Röya, Nadir Qafarzadə və başqaları şairin sözlərinə yazılmış mahnıları ifa etmiş, qiraət ustaları xalq artisti Laləzar Mustafayeva, əməkdar artist İlham Əsgərov və başqaları B.Vəziroğlunun şeirlərini söyləmişlər.
B.Vəziroğlu gecənin təşkilatçılarına, incəsənət ustalarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.