SİYASƏT
ŞƏKƏR ABDULLAYEVANIN ÇIXIŞI
Böyük zəka sahibi Heydər Əliyevin gündəlik, yorulmaz fəaliyyəti ilə Azərbaycanın inamla addımladığını diqqətə çatdıran Təhsil Şurasının Qax rayon nümayəndəsi, 2 nömrəli orta məktəbin müəllimi dedi ki, bu gün beynəlxalq aləmdə şöhrəti getdikcə artan yeni bir Azərbaycan qurulur. Bu, təhsilə,elmə, mədəniyyətə də aiddir. Ölkəmizin Prezidenti bütün başqa sahələr kimi, təhsilə də qayğısını əsirgəmir. Təhsil işçilərinin əmək haqlarının dəfələrlə artırılması, dərsliklərin nəşrinə xüsusi diqqət yetirilməsi, müəllimlərin əməyinin qiymətləndirilməsi, onlara fəxri adların verilməsi buna əyani sübutdur.
Bölgəmizin təhsil işçiləri təmiz amala xidmət edən “Yeni Azərbaycan Naminə” İctimai Hərəkatı alqışlayır və ona qoşulurlar. Möhtərəm Prezidentimizin son 34 illik tarixi fəaliyyətinə qara yaxmaq istəyən bəzi müxalifət nümayəndələri bilməlidirlər ki, biz təhsil işçiləri Azərbaycan üçün çox böyük siyasi hadisə olan prezident seçkilərində böyük şəxsiyyət olan Heydər Əliyevə yekdilliklə səs verəcəyik.