Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

ŞƏKİDƏ 2007-Cİ İLİN BİRİNCİ YARISININ YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqlərindən irəli gələn məsələlər və ilin birinci yarısında Şəkidə görülmüş işlər şəhər icra hakimiyyətində keçirilən şura iclasında geniş müzakirə edilmişdir.

İclasda şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovun Şəkinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin yeniləşən Azərbaycan naminə müəyyən etdiyi xəttin Prezident İlham Əliyev tərəfindən müasir tələblərə uyğun, böyük uğurla irəliyə aparılması tutduğumuz yolun düzgünlüyünü bir daha sübüt edir.

Məruzəçi bildirmişdir ki, Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 1-də Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində ölkə üzrə əldə edilən sosial-iqtisadi uğurların, dinamik inkişafın mahiyyəti konkret faktlarla əsaslandırılmaqla yanaşı, hələ də mövcud olan problemlər, onları doğuran obyektiv və subyektiv səbəblər açıqlanmış, hökumət üzvlərinə və digər icra strukturlarına göstəriş, tapşırıq və tövsiyələr verilmişdir.

Natiq qeyd etmişdir ki, 2007-ci ilin ilk 6 ayı Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş ölkə iqtisadiyyatı inkişafının sürətləndirilməsi strategiyasının növbəti uğurlu mərhələsi kimi səciyyələndirilə bilər. Bu dövrdə iqtisadi inkişafın sürətlənməsi, qarşıya qoyulan məqsədlərin reallaşması istiqamətində nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilmiş və beləliklə də, yüksəliş davamlı xarakter almışdır.

Məruzədə dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərində, qazanılan uğurlarda Şəki rayonunun da nəzərəçarpacaq yeri və rolu olduğu xüsusi qeyd edilmiş, respublikanın hər bir vətəndaşı kimi, şəkililərin də bu quruculuq prosesinin fəal iştirakçıları olduqları bildirilmişdir. Natiq qeyd etmişdir ki, hesabat dövründə rayonda 71 milyon 633 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz artıqdır. İstehsal edilmiş məhsulun 18 faizi dövlət, 82 faizi isə özəl bölmənin payına düşür. Adambaşına düşən məhsul istehsalı 15,4 faiz artaraq 426 manat təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 103,8 manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə 28,2 manat çoxdur.

Məruzədə qeyd olunmuşdur ki, Şəkidə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Cari ilin ilk 6 ayında rayonda 730 daimi iş yeri açılmış, 3 min nəfərə yaxın vətəndaş isə mövsümi və müvəqqəti işlərə cəlb edilmişdir. Ümumiyyətlə, 2003-cü ilin oktyabrın 1-dən 2007-ci ilin iyulun 1-dək Şəkidə 5529-u və ya 35,8 faizi daimi olmaqla 15423 yeni iş yeri yaradılmışdır.

İcra hakimiyyətinin başçısı çıxışında ilin birinci yarısında “Şəki-İpək” ASC- nin, kərpic zavodu və digər sənaye müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat vermiş, aqrar sahədə qazanılan uğurları qeyd etmiş, cari ildə rayonda 110 min tondan artıq taxıl istehsal olunmasını fermerlərin diqqətəlayiq uğuru kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, fermerlərə servis xidməti təşkil etmək üçün cari ildə Şəki Regional Aqroservis və Təchizat Bazasına 32 adda yeni kənd təsərrüfatı texnikası, habelə 1138,5 ton gübrə gətirilmişdir.

Rayonda aparılan tikinti-quruculuq işlərinə toxunan natiq, hesabat dövründə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evinin, südçülük kompleksinin, müxtəlif nazirliklərin yerli qurumları üçün yeni inzibati binaların, Vergilər Nazirliyinin kompyuter terminalının, 9 mərtəbəli mehmanxananın, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisinin, Əlican çayından su kanalının çəkilişinin davam etdirildiyini bildirmiş, gələcək planlar barədə danışmışdır.

Məruzədə həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər məsələlər barədə danışılmış, mövcud problemlərdən və onların həlli yollarından söhbət açılmışdır.

Məruzə ətrafında müzakirələrdən sonra iclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Şura iclasında Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev iştirak etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı