REGİONLAR
ŞƏKİDƏ BİÇİN KAMPANİYASI MÜTƏŞƏKKİL KEÇİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki rayonunun fermer təsərrüfatlarında taxıl biçini kampaniyasına start verilmişdir. Biçinin mütəşəkkil qaydada, vaxtında və itkisiz başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, xırmanlar qaydaya salınmışdır. Biçinə 215 ədəd taxılbiçən kombayn, habelə xeyli digər texnika cəlb edilmişdir.
Şəhər icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən verilən məlumata görə, 2005-ci ilin payızında rayonda cari ilin məhsulu üçün 53 min hektara yaxın taxıl əkilmişdir. Əkin sahələrinin 37 min hektarını buğda, 16 min hektarını isə arpa təşkil edir. Cari ildə rayonda taxıl istehsalının 115 min tona çatacağı proqnozlaşdırılır.
Hələlik hər hektardan orta məhsuldarlıq 21 sentner təşkil edir.