İDMAN
ŞƏKİDƏ CÜDO ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR
Şəki Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Cüdo Federasiyası Şəki bölməsinin birgə təşkilatçılığı ilə Şəki şəhərində Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş cüdo turniri keçirilmişdir. Şəki İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə yerli idmançılarla yanaşı, Zaqatala, Mingəçevir, Yevlax və Goranboy rayonlarını təmsil edən 50 nəfərədək yeniyetmə və gənc cüdoçu iştirak etmişdir.
Şəhər gənclər və idman idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turnir yerli idmançıların inamlı qələbəsi ilə başa çatmışdır. Ayrı-ayrı çəki dərəcələrində Şəki cüdoçularından bir nəfər birinci yerə, iki nəfər ikinci, dörd idmançı isə üçüncü yerə çıxmışlar. Turnirin qaliblərinə gənclər və idman idarəsinin diplomları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]