ELM VƏ TƏHSİL
ŞƏKİDƏ GƏNCLƏR ÜÇÜN TƏLİM KURSU KEÇİRİLMİŞDİR
Tədbirdən məqsəd uşaq və yeniyetmələrin hərtərəfli inkişafının təmin olunması, gənclərdə Vətənə məhəbbət, xalqımızın tarixinə, milli mənəvi dəyərlərinə, dövlət dilimizə və digər rəmzlərimizə hörmət hissləri aşılanması istiqamətində iş aparmaqdır.
Təlim-məşğələlərdə “Milli mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin ideyalarının rolu və əhəmiyyəti”, “Milli mənəvi dəyərlərimizin tarixi kökləri, təbliğinin forma və metodları”, “Milli mənəvi dəyərlərin qorunmasında adət-ənənələrin, məktəbin, ailənin, ətraf mühitin, kütləvi informasiya vasitələrinin rolu” mövzularında və digər mövzularda məruzələr dinlənilmiş, yerlərdə gənclər klublarının yaradılması, rayon ərazisində yerləşən tarixi abidələrin, qədim mədəniyyət və incəsənət nümunələrinin hifz olunması və öyrənilməsi, təhsil müəssisələrində hərbçilər və müharibə veteranları ilə görüşlərin təşkili və digər aktual məsələlərlə bağlı işgüzar söhbətlər, müzakirələr aparılmışdır.