İQTİSADİYYAT
ŞƏKİDƏ KƏND RABİTƏSİNİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT GÖSTƏRİLİR
Şəki Telekommunikasiya Qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sakinlərin müraciətlərini nəzərə alaraq, bu günlərdə rayonun Qudula kəndində 128 nömrəlik elektron tipli yeni ATS istifadəyə verilmişdir. Hazırda həmin kənddə vətəndaşların mənzillərinə telefon çəkilişi davam edir. Bundan başqa, əhalinin tələbatını ödəmək üçün rayonun Şorsu və Cumakənd kəndlərinin hər birində mövcud ATS-in tutumu 128 nömrə genişləndirilmişdir.
Cari ilin birinci yarısında qovşağın iqtisadi göstəriciləri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlmişdir. İlin birinci yarısında müəssisədə tarif gəliri üzrə proqnoz tapşırıqları 140,5 faiz yerinə yetirilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 856,5 milyon manat artıq gəlir əldə edilmişdir. Hesabat dövründə müəssisənin balans mənfəəti isə proqnozda nəzərdə tutulduğundan 3 dəfə, keçən ilin eyni dövründəkindən isə 526,6 milyon manat artıq olub, 923,3 milyon manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]