ELM VƏ TƏHSİL
ŞƏKİDƏ ŞƏKƏR ÇUĞUNDURU ZAVODU İNŞA EDİLƏCƏKDİR
Şəkidə şəkər çuğunduru zavodunun tikintisinə hazırlıq işləri aparılır. Məqsəd bölgədə şəkər istehsalı sahəsini inkişaf etdirməkdir. Bununla əlaqədar xüsusi layihələr hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. Həmin layihələrin reallaşması üçün Şəki “Şərq şirniyyatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün tədbirlər həyata keçirilir. Səhmdar cəmiyyətin dəvəti ilə Almaniyadan gəlmiş mütəxəssislər bölgənin iqlim və torpaq şəraiti ilə yaxından tanış olmuş, burada şəkər çuğundurunun məhsuldarlığını və şəkərlilik faizini və s. öyrənmişlər. “Şərq şirniyyatı” ASC-nın nümayəndələri də Almaniyaya dəvət olunmuş və onlar inşa ediləcək zavodun layihə-smeta işləri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Smeta dəyəri 5 milyon avro və gündəlik istehsal gücü 250 ton olan bu zavodun tikintisinə başlanılması üçün artıq ilkin razılıq əldə olunmuşdur və biznes plan hazırlanmışdır.