REGİONLAR
ŞƏKİDƏ TAXIL ZƏRƏRVERİCİLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GENİŞLƏNDİRİLİR
Xəbər verdiyimiz kimi, respublikamızın iri taxılçılıq rayonlarından olan Şəkidə bu il taxıl sahələrinin böyük bir hissəsinə - 34 min hektarına zərərvericilər, xüsusilə taxıl hafı daraşmışdır. Zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması yerli fermerlərin imkanı xaricində olduğu üçün rayon rəhbərliyi hələ bir neçə ay əvvəl kömək məqsədi ilə respublikanın müvafiq orqanlarına müraciət etmişdi.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaiti hesabına 1000 kiloqram Sumi-Alfa preparatı göndərmişdir. Taxıl hafına qarşı səmərəli mübarizə vasitəsi sayılan bu preparat rayonun daha çox zərər çəkmiş təsərrüfatlarına paylanmış və əkin sahələrində çilənməsi həyata keçirilmişdir.
Göndərilmiş preparat yalnız 2500 hektar sahədə zərərvericilərə qarşı mübarizə aparmağa kifayət etmişdir.