İQTİSADİYYAT
ŞƏKİDƏ YENİ BANK FİLİALI AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki şəhərində Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) yeni filialının təntənəli açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edənlər bölgələrdə yeni bank filiallarının açılmasını müsbət qiymətləndirmiş, bankın Şəki filialının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsinə, bölgədə kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarların güzəştli kreditlərdən istifadəsinin səmərəliliyinin artırılmasına böyük töhfələr verəcəyinə əminliyini bildirmişlər.
Bank filialının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra, tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar. Yüksək texnologiyaların tətbiq olunduğu və öz müştərilərinə etibarlı bank xidmətləri təklif edən yeni filialda 25 nəfər daimi işlə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]