ŞƏKİLİ RİYAZİYYATÇININ ELMİ-NƏZƏRİ KİTABLARI MARAQLA QARŞILANIR

Şəkidə müstəqil elmi fəaliyyətlə məşğul olan Zirədun İbrahimovun “Mütərcim” nəşriyyatında çapdan çıxmış yeni kitabı “Təlimdə alqoritmik və evristik fəaliyyət növlərinin yeri” adlanır. Dünyada riyaziyyat elminin ən çətin və az öyrənilən sahələrindən biri olan sistem - struktur yanaşma nəzəriyyəsinə həsr olunmuş kitab mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Respublikamızın tanınmış alimləri kitaba rəy vermişlər. Bu kitabdan ali məktəblərdə dərslik kimi də istifadə olunacaq.

Şəki Şəhər İcra Hakimiyyətində ictimai-siyasi söbənin müdiri vəzifəsində çalışan Zirədun İbrahimovun bundan əvvəl də 12 monoqrafiyası və 60 elmi məqaləsi nəşr olunmuşdur. Moskvadakı “Brendens” nəşriyyatı isə Z.İbrahimovun “Pedaqogikanın qanunları” kitabını çap etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.