İQTİSADİYYAT


ŞƏKİLLƏRLƏ BİRLİKDƏ VERİLSİN BAKI-ASTARA XƏTTİNDƏ “CƏNUB” QATARI MARŞRUTA BURAXILMIŞDIR

Sentyabrın 5-də Bakı-Astara ekspress tipli sərnişin qatarı marşruta buraxılmışdır. ”Cənub” adı verilmiş qatara hərəsində 43 oturacaq yeri olan dörd vaqon, 16 yerlik bir biznes dərəcəli vaqon, vaqon-restoran və iki ədəd saxlama kameralı vaqon qoşulmuşdur. Vaqonlarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmış, təhlükəsizlik tədbirləri görülmüşdür.

Yeni qatarın marşruta buraxılması münasibətilə Bakı dəmir yolu vağzalında mərasim keçirilmişdir. Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini Əlirza Süleymanov mərasimi açaraq istismar müddəti başa çatan vaqonların yenidən “həyata” qaytarılması ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat vermiş, yaxın illərdə ölkəmizin polad magistrallarında hərəkət edən bütün qatarların təzələnəcəyini bildirmişdir. O demişdir ki, yeni qatarın vaqonlarının təzələnib marşruta buraxılmasına 1,6 milyard manat vəsait xərclənmişdir. Yeni qatarın istismara verilməsində Bakı vaqon deposu kollektivinin böyük əməyi var.

Milli Məclisin deputatları Əhəd Abıyev, Zəlimxan Yaqub, digər natiqlər ölkəmizdə əhalinin rahatlığı üçün görülən tədbirlərdən, iqtisadiyyatın inkişafında əldə olunan uğurların insanların güzəranının yaxşılaşmasına müsbət təsirindən danışmış, bunun ilbəil vüsət alacağını vurğulamışlar. Çünki Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qarşısıalınmaz bir prosesdir. Qeyd olunmuşdur ki, nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətin xalqa qayğısının tərkib hissəsidir.

Günaşırı hərəkət edəcək “Cənub” qatarı Bakıdan saat 15.00-da, Astaradan isə səhər saat 9.00-da yola düşəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.