DÜNYA
“SAKİNFORM” ƏMƏKDAŞLARININ İDDİA ƏRİZƏSİ RƏDD EDİLMİŞDİR
Tbilisi şəhərinin Mtasminda-Krtsanisi rayon məhkəməsi “Sakinform”un sabiq əməkdaşlarının iddia ərizəsinə rədd cavabı vermişdir. “Sakinform”un jurnalistləri informasiya agentliyinin rəhbəri Zaza Talaxadzenin onların vəzifədən azad edilməsi barədə əmrinin ləğv edilməsi və işə bərpa olunmaları tələbi ilə məhkəməyə müraciət etmişdilər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məhkəmə jurnalistlərlə “Sakinform” arasında bağlanan müqavilənin vaxtının başa çatdığını əsas götürərək onların tələbini ödəməmişdir.
Jurnalistlərin vəkili Paata Kikvidze məhkəmənin qərarını qərəzli saymış və yuxarı instansiyalara müraciət edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]
Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb
- 28.03.2024 [11:30]