Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ŞƏKİ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi Şəki ictimaiyyəti adından ürəkdən salamlayım, qədim və gözəl Şəkimizə “Xoş gəlmisiniz!” deyim.

Cənab Prezident!

Sizin Şəkiyə hər gəlişiniz rayonda əsil bayrama çevrilir, xoş əhval-ruhiyyə, yeni ab-hava yaradır. Budəfəki səfəriniz daha bir əlamətdar hadisə - Prezident seçilməyinizin üçüncü ildönümü ilə bir vaxta düşür. Bizim üçün çox böyük şərəfdir ki, siz bu günü şəkililərlə birlikdə qeyd edirsiniz.

Sizin regionlara səfərləriniz həmişə yeni obyektlərin təməlqoyma və açılış mərasimləri ilə yadda qalır və xalqımızı sevindirir. Sizin xeyir-duanızla bir il öncə inşasına başlanmış Şəki modul elektrik stansiyasının açılış mərasiminə toplaşmışıq. Bu stansiya nəinki Şəkinin, eləcə də bölgəmizin elektrik enerjisi ilə sabit təchizatına imkan verəcək, bölgəmizə sərmayə qoymaq niyyətində olan sahibkarlara və iş adamlarına təminat yaradacaqdır. Bölgəmizə nur gətirən bu stansiyanın açılışına görə Sizə camaatımız adından minnətdarlığımı bildirirəm.

Cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin vətənimizin, eləcə də rayonumuzun tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlər xalqımızın yaddaşında silinməz izlər buraxmışdır və o, qəlbimizdə daim yaşayır. Ümummilli liderimizin gördüyü işlərin Sizin tərəfinizdən uğurla davam etdirilməsi, onun ideyalarının, cəmiyyətə təqdim etdiyi siyasi xəttin yaradıcılıqla, qətiyyətlə həyata keçirilməsi müstəqil Azərbaycanımızın günü-gündən qüdrətlənməsini, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını təmin etməklə vətəndaşlarımızda dövlətçiliyimizə inamı, Sizə sevgini möhkəmləndirir. Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbul edilməsi, respublikamızın şəhər və rayonlarını yeni inkişaf mərhələsinə çıxarmışdır.

İcazə verin, iftixarla qeyd etdiyimiz, dövlət başçısı seçildiyiniz gündən keçən üç ildə Şəkidə görülən işlər haqqında danışım. Bu dövrdə Şəki xanlarının sarayı bərpa olunmuş, Əlillərin Bərpa Mərkəzi, Heydər Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbin, Vərəzət kənd orta məktəbinin, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Oraban, İnçə, Qozlubulaq kənd məktəblərinin binaları, şəhərdəki 10 nömrəli orta məktəb üçün 240 yerlik yeni korpus, kərpic, konserv və meyvə şirələri zavodları, İdman Sağlamlıq Mərkəzi, Şin çayı üzərindən keçən körpü, Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsi və Şəki Mülkü müdafiə regional mərkəzi üçün inzibati və yardımıçı binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 və 24 mənzilli yaşayış evləri tikilərək istifadəyə verilmişdir.

Şəkinin perspektiv imkanlarına və potensialına uyğun olaraq turizm infrastrukturu genişlənir. Yeni mehmanxanalar, turizm-istirahət mərkəzləri yaradılır. Yollar, küçələr, meydanlar abadlaşır. İnsanların təbii qaz, elektrik enerjisi ilə təminatı günbəgün yaxşılaşır. Sizin rəhbərliyinizlə ölkəmizdə yaradılmış əlverişli şərait sahibkarları, iş adamlarını müxtəlif sahələrə sərmayə qoymağa həvəsləndirir. Artıq onlar müasir tələblərə cavab verən məktəb binası, istehsal sahələri, ticarət və iaşə obyektləri inşa edirlər. Görülən tədbirlər nəticəsində rayonumuzda yeni açılmış və fəaliyyəti bərpa olunmuş müəssisələrdə, eləcə də digər tədbirlər üzrə 12 min 750 yeni iş yeri açılmışdır.

Cənab Prezident!

Sizin bu ilin aprel ayında ölkə başçısı kimi şəhərimizə ilk səfəriniz, ictimaiyyətlə keçirdiyiniz görüşlər, söylədiyiniz nitqlər insanlarımızın hafizəsində dərin iz buraxmışdır. Şəkidə olarkən gördüyümüz işləri dəyərləndirməyiniz bizi daha da ruhlandırmış, daha səylə çalışmağa sövq etmişdir.

Bölgəmizə səfərinizdən sonra Şəki ilə bağlı 19 müddəanı əhatə edən, demək olar ki, rayonumuzun problemlərinin həllinə yönələn sərəncamınız hamımızın sevincinə səbəb olmuş və bunu Sizin Şəkiyə və şəkililərə olan böyük sevginizin, həssas münasibətinizin, yüksək qayğınızın növbəti təzahürü kimi qəbul edirik.

Bir daha hamılıqla Sizə dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, qəbul etdiyiniz dövlət proqramlarından irəli gələn vəzifələri hamılıqla layiqincə yerinə yetirəcəyik.

Cənab Prezident!

Şəki camaatı Sizi sevir, Sizə inanır və Sizinlə fəxr edir.

Sizə cansağlığı və Azərbaycanımızın daha qüdrətlənməsi, xalqımızın firavanlığı naminə həyata keçirdiyiniz böyük işlərdə uğurlar diləyirik.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərviz Şahbazov: “Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər”

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib