Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ŞƏKİ ŞƏHƏR SAKİNİ SEVİL İSMAYILOVANINÇIXIŞI

- Hörmətli cənab Prezident!

Bizim qarasaçlı ağsaqqalımız!

Mən Sizi qədim, gözəl Şəkimizdə salamlamaqdan sevinc və qürur duyuram.

Cənab Prezident, bu gün bizim üçün çox sevindirici, çox əlamətdar, çox da gözəl bir gündür. Ona görə ki, Siz bizim əziz qonağımızsınız. Həm də ona görə sevinir, qürur hissi keçiririk ki, oktyabr ayının 15-də Sizin ölkəmizə rəhbərlik etməyə başladığınız tarixi gündən 3 il ötür və bu gözəl gün ərəfəsində Siz biz şəkililərlə birlikdəsiniz. Bu gün ərəfəsində məhz Şəkini seçdiyinizə görə Sizi ürəkdən alqışlayır, minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Siz Şəkiyə çox gözəl və xoş niyyətlə gəlmisiniz. Şəhərimizi və ətraf rayonları fasiləsiz enerji ilə təmin etməli olan elektrik stansiyasının açılışında Sizin iştirakınız bizim üçün olduqca xoşdur. Yaxşı yadımdadır, ulu öndərimiz Heydər Əliyev çıxışlarının birində demişdir: “Çıraqlarınız sönməsin”. Budəfəki gəlişinizlə Siz Şəkini nura qərq edirsiniz, çıraqlarımızı daha da alovlandırırsınız. Siz bizim işıqlı, nurlu Prezidentimizsiniz. Nəcib və xeyirxah işi yalnız qəlbi, ürəyi gözəl insanlar görə bilir. Siz, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Bu barədə dediyiniz sözlərlə əməlləriniz üst-üstə düşür.

Kəndlərimizə, şəhər və rayonlarımıza səfərləriniz zamanı xalqımız Sizin sadə, insanpərvər, humanist və geniş ürək sahibi olduğunuzu qəlbən duyur. Hamı Sizin mənən zəngin, təmiz və pak insan olduğunuzu dərk edir. Bu da təsadüfi deyildir. Siz ata Heydər ocağının yetirməsi, gözəl ailənin tərbiyəsi ilə böyümüş insansınız. Atanızdan Sizə idarəçilik, inamlı və qəti qərarlar qəbul etmək, əzmkarlıq qalıbsa, ananız Zərifə xanımdan sadəlik, təvazökarlıq, humanistlik və səmimiyyət qalmışdır. Zərifə xanım gözlərə nur verirdi. Siz bu gün bütün bir regionun əhalisini nura boyadınız.

Mən Sizin bütün səfərlərinizi çox böyük diqqətlə, maraqla izləyirəm. Müşahidə edirəm ki, bir kəndə su, yol çəkiləndə, bir xəstəxana, məktəb binası tikiləndə Sizin üzünüz necə gülür, qəlbiniz fərəhdən dağa dönür. Bu yaxınlarda Xınalığa çəkilən yolun açılışında dediyiniz sözlər kimi: “Görəndə ki, insanlar sevinir, mən də sevinirəm”. Yalnız öz elini-obasını ürəkdən sevən, insanlara bağlı olan dövlət başçısı bu sözü deyə bilər. Yalnız müdrik və ağıllı adam bu sözü söyləyə bilər. Sizin təkcə ölkəmizdə deyil, xarici səfərlərdə də oturuşunuza, duruşunuza, üzünüzdə olan nura hamı məftunluqla baxır, müxtəlif dillərdə müdrik çıxışlarınızı dinləyir, Prezident vəzifəsinin Sizə necə də yaraşdığını hamı görür!

Əziz Prezidentimiz!

Azərbaycan elminə, mədəniyyətinə dahilər bəxş etmiş qədim Şəki də Sizin qayğınız və diqqətiniz sayəsində böyüyür, gözəlləşir, abadlaşır. Bu gün bu şəhərdə yaşayan insanlar elektrik enerjisi sarıdan korluq çəkmir, qaz sarıdan heç bir problemimiz yoxdur. İşsizlik sürətlə azalır, insanların üzü gülür. Bu isə olduqca xeyirxah işdir.

Möhtərəm Prezidentimiz!

Mehriban xanım xalqımızın Azərbaycan qadınına xas ən gözəl keyfiyyətləri özündə birləşdirən nəcib insandır. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə Azərbaycanda, mən deyərdim ki, gözəl, çox müqəddəs bir layihə həyata keçirilir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bizim şəhərimizdə də gözəl məktəblər tikilir. Bu gün Şəkidə yaşayan hər bir qadın, ana Mehriban xanıma böyük ümidlə baxır. Mehriban xanım isə bütün qadınlığa örnəkdir. Bütün qadınlarımız onun simasında övladının təhsilini, sağlamlığını görür, gözəl və xoşbəxt həyatını düşünür. Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanıma bütün şəkililər adından, analarımız, qadınlarımız adından “Çox sağ olun, qayğınızı, şəfqətinizi bu xalqdan əsirgəməyin!” deyirəm.

Çox sağ olun cənab Prezidentimiz. Siz bizə hər şey - işıq da, qaz da verdiniz, idman kompleksi də tikdirdiniz. Amma iki məsələni deməyə bilmərəm. Şəkidə dövlət universitetinin açılmasına və içməli su məsələsinin həllinə kömək etməyinizi Sizdən xahiş edirəm.

Möhtərəm cənab Prezidentimiz, Sizi Azərbaycana rəhbərlik etməyə başladığınız gün münasibətilə bütün şəkililər adından bir daha səmimiyyətlə, mehribanlıqla, sevinclə təbrik edir, bu nəhəng tikili üçün sonsuz minnətdarlığımı bildirir və bir qadın ləyaqəti, ana mərhəməti, bacı şəfqəti ilə ürəkdən deyirəm: “Yolunuz işıqlı-nurlu, ömrünüz barlı-bəhrəli, özünüz də nəvəli-nəticəli olasınız!”.

X X X

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb