İDMAN


ŞƏKİ ŞƏHƏR STADİONU YENİDƏN QURULACAQ

Cari ildə Şəki şəhər stadionunun müasir standartlara uyğun yenidən qurulmasına başlanacaqdır. Yerli və xarici mütəxəssislərin hazırladığı layihəyə görə, stadionda 3 min 500 yerlik örtülü tribunalar quraşdırılacaq, təbii və süni ot örtüklü meydançalar salınacaq, müxtəlif təyinatlı idman qurğularından ibarət qapalı idman zalı, xidməti otaqlar və sair inşa ediləcəkdir.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, stadionun yenidən qurulması dövlət vəsaiti hesabına həyata keçiriləcəkdir. Cari ildə görüləcək işlər üçün büdcədən 200 min manat vəsait ayrılacaqdır. Yenidənqurma işlərinin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.