REGİONLAR
ŞƏKİ TAXILÇILARI CARİ İLİN MƏHSULU ÜÇÜN MÖHKƏM ZƏMİN YARATMIŞLAR
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı rayonda buğda əkininə marağı daha da artırmışdır. Bunun nəticəsidir ki, son iki ildə buğda əkini sahələri əvvəlki illərlə müqayisədə 2,5 dəfəyə yaxın, o cümlədən cari ildə 42 faiz artmışdır.
Taxıl əkini zamanı bütün aqrotexniki qaydalara ciddi əməl olunmuş, şum altına kifayət qədər azot və fosfor gübrələri verilmişdir. Yeni ilin ilk günlərindən havaların şaxtalı və qarlı keçməsi də fermerlərin ürəyincədir. Bu, onu göstərir ki, cari ildə də taxıl sahələrində məhsuldarlıq ötənilki kimi yüksək olacaqdır. Xatırladaq ki, 2008-ci ildə Şəkidə rekord miqdarda - 211 min ton taxıl və 9 min tondan artıq dənlik qarğıdalı istehsal olunmuşdur.