MƏDƏNİYYƏT


“SALNAMƏ” STUDİYASININ YENİ FİLMİ

“Salnamə” studiyasında “Qarabağ harayı” adlı yeni sənədli filminin çəkilişi üzərində iş davam edir.

Studiyadan AZƏRTAC-a bildirmişlər ki, filmdə işğal altında olan Qarabağ, onun təbiəti, coğrafiyası, əsrarəngiz mənzərələri, qədim Azərbaycan torpağında ermənilərin törətdikləri vəhşiliklər, dağıntıya məruz qalmış mədəni, tarixi abidələrimiz, xalqımıza qarşı törədilmiş qanlı faciələr öz əksini tapacaqdır.

Filmin fevralın sonunda tamamlanacağı və mart ayının əvvəllərində təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur. Aydın Dadaşovun ssenarisi əsasında çəkilən filmin quruluşçu rejissoru Tofiq Məmmədovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.