REGİONLAR
SALYANDA KREDİT HESABINA ALINMIŞ TAXILBİÇƏN KOMBAYNLARA RESPUBLİKA TARLA BAXIŞI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanın Arbatan kəndində kredit hesabına alınmış 6 növ taxılbiçən kombayna respublika tarla baxışı keçirilmişdir.
Rayonun 12 fermer təsərrüfatının birgə əkib-becərdiyi 18 hektar arpa sahəsində sınaq biçini aparılmış, kombaynların qiymətləndirilməsinə başlanmışdır. Ölkəmizdə ilk dəfə təşkil olunmuş bu tədbirdə yüksək səviyyəli sahə mütəxəssisləri, ekspertlər, torpaq mülkiyyətçiləri, kombaynçılar, şirkət və müəssisə rəhbərləri iştirak etmişlər. Müxtəlif markalı bu yığım maşınlarının texniki xarakteristikası, iş keyfiyyətləri müəyyənləşdirilmiş, fikir mübadiləsi aparılmışdır. Respublikamıza tender yolu ilə yeni biçin texnikası alınmasının zəruriliyi xüsusi vurğulanmışdır.