İQTİSADİYYAT
SALYANIN TƏBİİ QAZLA TƏCHİZATI YAXŞILAŞACAQDIR
Bu məqsədlə rayon icra hakimiyyəti, Azərbaycan Dövlət Neft Şirkəti və “Azəriqaz” Səhmdar Cəmiyyətinin birgə hazırladıqları proqramın icrasına başlanılmılşdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bəndovan yatağında iki qaz quyusunun qazılması sürətləndirilmişdir. Bu quyulardan gündə 100 min kubmetr qaz hasil etmək, beləliklə istehlakçılara satılacaq qazın sutkalıq qazın həcmini 240-250 min kubmetrə çatdırmaq nəzərdə tutulmuşdur.
Bəndovan-Kürsəngi qaz kəmərlərinin qovuşuğunda 6-8 atmosfer təzyiqli ötürücü kompressor stansiyası tikiləcəkdir. Obyektin layihə-smeta sənədləri hazırlanmışdır. Tikinti işlərinə yaxın günlərdə başlanacaqdır.
Yeni proqrama uyğun olaraq, rayonda qaz xətləri təmir edilir, sıradan çıxmış borular yeniləri ilə əvəzlənir.