REGİONLAR


SALYANLI FERMERİN UĞURLARI

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Salyan rayonunun Qaraçala qəsəbəsində sahibkar Əlikram Camalovun rəhbərlik etdiyi Hacı Camalxan adına kəndli (fermer) təsərrüfatında 600 baş qaramal saxlanılır. Onun 245 başı inəkdir. Bütün inəklər süni yolla mayalandırılır, bir çoxundan gündə 25-30 litr süd sağılır. Hazırda burada süd sağımı bloku tikilir. Blok hazır olandan sonra inəklər maşınla sağılacaqdır.

Sahibkar uğurlarını İsraildə keçdiyi təcrübə, müasir texnologiyadan istifadə etməklə qazandığını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.