İQTİSADİYYAT
SALYAN YARDIMÇI STANSİYASININ TİKİNTİSİ SÜRƏTLƏNİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanda 220 meqavatlıq yardımçı stansiyanın tikintisi sürətlənmişdir. Ölkə Prezidenti İlham Əliyev avqustun 10-da rayonda səfərdə olarkən bu obyektin təməlini qoymaqla xeyir-dua vermişdir. İranın İxrac İnkişaf Bankının sərmayəsi və “Azərenerji” Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilən iş gələn il başa çatdırılacaqdır. Podratçı təşkilat olan “AZENKO” şirkəti öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Tikinti-quraşdırma işlərinin icrasına 50 nəfərədək adam cəlb edilmişdir.
Şirkətdən bildirmişlər ki, stansiyanın istifadəyə verilməsi Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının elektrik enerjisi ilə tam təminatına imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [19:50]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
- 23.04.2024 [19:32]
® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
- 23.04.2024 [18:10]