MƏDƏNİYYƏT
SƏMƏD VURĞUNUN XATİRƏSİ YAD EDİLMİŞDİR
Muzeyin baş mühafizi Aybəniz Vəkilova tədbiri açaraq atasını xatırladan eksponatlardan, onların tarixindən, toplanmasından danışmış, burada görülən işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan poeziyasının inkişafında S.Vurğunun əvəzsiz xidmətlərindən danışmışlar.
Azərbaycan Dillər Universitetinin müəllimi Məxmər Abdullayeva şairin fransız dilinə tərcümə etdiyi “Azərbaycan” şerini oxumuşdur.
Tədbirdə 1994-cü ildən fəaliyyət göstərən “Səməd Vurğun” fondunun keçirdiyi müsabiqənin qaliblərinə - radiojurnalist Gülbəniz Hüseynovaya, tədqiqatçı Şəmistan Nəzirliyə və ədəbiyyatşünas Aslan Salmanova diplomlar və pul mükafatları təqdim olunmuşdur.
Bakıdakı 36 nömrəli orta məktəbin şagirdləri Respublika gününə həsr edilmiş bədii kompozisiya ilə çıxış etmişlər.
Axırda tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və Səməd Vurğunun xatirəsini yad etmiş, məzarları önünə tər çiçək dəstələri qoymuşlar.