RƏSMİ XRONİKA
SƏMƏD VURĞUN ADINA AZƏRBAYCAN DÖVLƏT RUS DRAM TEATRININ ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 85 illik yubileyi münasibətilə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”
Tağızadə İranə Tofiq qızı
“Azərbaycan Respublikasının əməkdar artisti”
Atakişiyev Firdovsi Nurəddin oğlu
Osmanov Fuad Tacəddin oğlu
Sibileva Zinaida İvanovna
“Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”
Quseva Qalina Feoktistovna
Reznikova Valentina Musayevna
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il.