MƏDƏNİYYƏT
SAMARA İLƏ ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANMIŞDIR
Nazir Əbülfəs Qarayev bildirmişdir ki, olkəmizdə Samara incəsənət ustalarının çıxışları maraqla qarşılanmış, İçərişəhərdəki bədii sərgi salonunda rəssam Stanislav Şeqlovun əsərləri vasitəsilə bakılı sənətsevərlər köhnə və müasir Samara ilə yaxından tanış olmuşlar.
Samaranın mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakova onların Bakıya səfərlərinin əlamətdar bir tarixə - Milli Qurtuluş gününə təsadüf etdiyini bildirmiş, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə xalqın böyük məhəbbət və ehtiramının şahidi olduqlarını vurğulamış, onlara göstərilən qonaqpərvərliyə və yaradılmış gözəl şəraitə görə bir daha minnətdarlığını ifadə etmişdir. O, İsmayıllı rayonundan böyük təəssüratla qayıtdıqlarını xüsusi qeyd etmişdir.
Belə qarşılıqlı tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vürğulanan görüşdə nazirlər mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı Əməkdaşlıq Protokolu imzalamışlar.
Ə.Qarayev həmkarına nəfis şəkildə çap olunmuş “Azərbaycanın qədim musiqi alətləri” kitabını hədiyyə etmişdir.