ŞAMAXIDA HEYDƏR ƏLİYEV MUZEYİ YARADILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şamaxı şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan park genişləndirilərək yenidən qurulur. Şəhərin ən gözəl istirahət mərkəzinə çevriləcək parkın ərazisində həm də Heydər Əliyev Muzeyi tikiləcəkdir. Bu məqsədlə artıq son hazırlıq işləri aparılır. İkimərtəbəli, müasir arxitektura üslübunda inşa ediləcək muzeyin binası şəhərin ən yaraşıqlı tikililərindən olacaqdır. Muzeydə ulu öndərin zəngin həyat və fəaliyyətini öyrənənlər üçün hər cür şərait yaradılacaqdır.
Görülən bütün işlər şamaxılıların öz qüvvəsi, daxili imkanlar hesabına aparılacaqdır.