REGİONLAR
ŞAMAXIDA ÜZÜMÇÜLÜYƏ DİQQƏT ARTIR
On il bundan əvvələdək 25 min hektar üzüm plantasiyası olan Şamaxı rayonunda hazırda cəmi 316 hektar bağ qalmışdır. Vaxtilə bölgə iqtisadiyyatının aparıcı sahəsi olan üzümçülüyə diqqət yenidən artmışdır. Şamaxı ərazi kənd təsərrüfatı idarəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında Prezident Fərmanı şamaxılıların bu gəlirli sahəyə ciddi maraq göstərmələrinə səbəb olmuşdur. Hazırda qorunub saxlanmış köhnə bağlarda yaz becərmə tədbirləri aqrotexniki qaydada davam etdirilir. Habelə, yeni salınmış 14 hektar sahədə cərgələrin araları bellənir, dirəklər və məftillər tədarük olunur. Rayonda daha 50 hektar sahədə üzümlüklərin salınması məqsədi ilə tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]