İDMAN


SAMBOÇULARIMIZ BEYNƏLXALQ TURNİRDƏ ÜÇ MEDAL QAZANMIŞLAR

AZƏRTAC xəbər verir ki, Rusiyanın Pemza şəhərində 1990-91-ci il təvəllüdlü samboçular arasında Rusiya şəhərlərinin mükafatları uğrunda beynəlxalq turnir keçirilmişdir.

Yarışda keçmiş sovet respublikalarından 180-dək idmançı mübarizə aparmışdır. Turnirdə respublikamızı təmsil edən “Azərneftyağ” neft emalı zavodu nəzdindəki idman klubunun təmsilçiləri Ələkbər Əliyev (48 kq) və Kamran Əzizov (51 kq) gümüş, Tural Hüseynov (55 kq) isə bürünc medallara sahib olmuşlar.

Baş məşqçi Vüqar Alıyev və məşqçi Rüfət İsmayılovun rəhbərlik etdiyi idmançılarımız komanda hesabında 5-ci yer tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.