İDMAN


SAMBO ÜZRƏ AZƏRBAYCAN KUBOKU YARIŞLARININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, iyunun 18-də sambo üzrə ölkə kubokunun qalibləri müəyyənləşmişdir. Yeniyetmə, gənclər və böyüklər arasında keçirilən yarışlar üç gün davam etmişdir.

Böyüklər arasında sonuncu gün keçirilən yarışın nəticələrinə görə, İslam Qasımov (52 kq, “Gömrükçü”), Elçin Mayılov (57 kq, “Neftçi”), Yavuz Əliyev (62 kq, Siyəzən), Mobil Hüseynov (68 kq, “Neftçi”), Elməddin Əhmədov (74 kq, “Neftçi”), Şahin Arzumanov (82 kq, Sumqayıt), Ruslan Rüstəmov (90 kq, “Gömrükçü”), Zaur Bağırov (100 kq, Sumqayıt), Zamiq Kazımov (100 kq-dan yuxarı, Gəncə) ölkə kubokunun qalibi olmuşlar.

Fərqlənmiş idmançılar 5-8 iyulda Astanada keçiriləcək dünya kuboku yarışlarında respublikamızı təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.