REGİONLAR
ŞƏMKİRDƏ ÜZÜM BAĞLARI BƏRPA EDİLİR
Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, uzun illər rayon iqtisadiyyatında əsas yer tutmuş üzümçülüyün bərpası üçün xeyli iş görülmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində son bir ildə 130 hektar yeni üzümlük salınmışdır ki, bunun da nəticəsində bağların ümumi sahəsi 370 hektara çatmışdır.
Rayonda üzümçülüyün bərpası ilə yanaşı, emal sənayesinin də inkişafına ciddi fikir verilir. Bu məqsədlə bölgədə ən iri müəssisə olan Şəmkir şampan şərabları zavodunda yenidənqurma işləri uğurla davam etdirilir. Zavod ətrafında yeni üzüm bağı salmaq üçün müəssisəyə 553 hektar torpaq sahəsi də ayrılmışdır. Artıq həmin sahənin bir hissəsində Fransadan, İrandan və Gürcüstandan gətirilmiş məhsuldar tinglərin basdırılması başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]