ELM VƏ TƏHSİL
ŞƏMKİRLİLƏRİN QARDABANİ ŞƏHƏR MƏKTƏBİNƏ HƏDİYYƏSİ
Gürcüstanın Qardabani şəhərindəki İsa İsmayılzadə adına 6 nömrəli Azərbaycan məktəbində yeni dərs ili bayramsayağı qarşılanmışdır. Bununla bağlı təşkil olunmuş tədbirdə ənənəyə uyğun olaraq, Azərbaycanın Şəmkir rayonundan gəlmiş qonaqlar da iştirak edirdilər. Onlar, həmişəki kimi, yenə də bayram sovqatı ilə gəlmişdilər. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən İsmayılov tədbir iştirakçılarına bütün şəmkirlilərin, o cümlədən icra hakimiyyətinin başçısı Aslan Aslanovun təbriklərini və xoş arzularını yetirdi, I-XI siniflər üçün 100 ədəd dərsliyi və maddi yardımı məktəbin müdiriyyətinə təqdim etdi.