REGİONLAR
SAMUXDA BAYTARLIQ İDARƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA İNŞA EDİLİR
Samux, 12 yanvar (AZƏRTAC). Samuxda baytarlıq idarəsi üçün inşa edilən yeni inzibati binada son tamamlama işləri görülür.
İdarədən bildirmişlər ki, iki mərtəbəli yeni binada yüksək səviyyədə baytarlıq xidməti göstərmək üçün hər bir şərait nəzərə alınmışdır. Burada ən müasir diaqnostika kabinetləri yaradılacaqdır. Bunun sayəsində xırda və iribuynuzlu heyvanların brüsellyoz və müxtəlif bakterioloji xəstəliklərlə əlaqədar müayinəsi aparılacaqdır.
Bundan əlavə, 12 sot həyətyanı sahəsi olan idarə üçün su hovuzu, avtomobil dayanacağı və kimyəvi maddələrin saxlanması üçün xüsusi anbar da tikiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]