ELM VƏ TƏHSİL


SAMUX RAYONUNDA YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Samux rayonunun Qarayeri qəsəbəsindəki 2 saylı orta məktəb yeni binaya köçmüşdür. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” proqramına uyğun olaraq inşa edilən 200 yerlik bu məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbin inventarları tamamilə dəyişdirilmiş, kompüter otağı yaradılmışdır.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, məktəbin müəllimlərindən Hafizə Abdullayeva, bu yaxınlarda ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə respublikanın əməkdar müəllimi adına layiq görülmüş Göycək Namazova və başqaları məktəblərə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.