ELM VƏ TƏHSİL
SAMUX RAYONUNUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIR
Samux rayonunda fəaliyyət göstərən 35 məktəbin 25-i uyğunlaşdırılmış binalarda yerləşdirilmişdir. Bu problemin həlli üçün rayonda kompleks tədbirlər həyata keçirilir. Cari ildə də bu istiqamətdə xeyli iş görülmüşdür. Burunqovaq kəndində 2 əlavə sinif otağı tikilmiş, 600 şagirdin təhsil aldığı Nəbiağalı qəsəbə 1 nömrəli və 200 şagirdin oxuduğu Qaraarx kənd orta məktəbləri əsaslı təmir edilərək yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir.
Təhsil şöbəsinin müdiri Hidayət Əhmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, Samux rayonunun tədris ocaqları yeni dərs ilinə tam hazırdır. Məktəblərin təmiri başa çatdırıldıqdan sonra onların əksəriyyəti lazım olan inventarlarla təmin edilmişdir. Bu günlərdə məktəblərə 20 min dərslik, 12 min bədii ədəbiyyat, 2500 xəritə də paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]