RƏSMİ XRONİKA


SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ

Dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Prezident sarayında sənədlərin imzalanma mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Respublikasının Prezidenti Trayan Besesku Birgə bəyannamə imzaladılar.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rumıniyanın Mədəniyyət və Dini İşlər Nazirliyi arasında “Mədəniyyət sahəsində əməkdaşlığa dair saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rumıniya Mədəniyyət və Dini İşlər Nazirliyinin Dövlət katibi Adrian Lemeni imzaladılar.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Rumıniyanın Kiçik və Orta Müəssisələr və Kooperativlər Milli Agentliyi arasında “Əməkdaşlıq haqqında memorandum”u Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Rumıniyanın iqtisadiyyat və ticarət naziri İoan-Kodruts Şereş imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında “Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq haqqında 1995-ci il avqustun 2-də Buxarest şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə Əlavə protokol”u Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Rumıniyanın iqtisadiyyat və ticarət naziri İoan-Kodruts Şereş imzaladılar.

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında “İnvestisiyaların təşviqi və qorunması haqqında 2002-ci il oktyabrın 29-da Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə Əlavə protokol”u Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Rumıniyanın xarici işlər naziri Mixay Rezvan Unquryanu imzaladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin