İQTİSADİYYAT
SƏNGƏÇALDA YENİ İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə istifadəyə verilən yeni idman kompleksinin açılış mərasimi olmuşdur. Lazımi avadanlıqlarla təchiz edilən, müasir tipli bu kompleksin inşasını Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) çərçivəsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti maliyyələşdirmişdir.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 7500 kvadratmetrlik sahəsi olan kompleksə futbol, voleybol və basketbol meydancaları da daxildir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Açılış mərasimində STGP-nin direktoru Yakobus Nyuvenhauze demişdir ki, biz kənd uşaqlarının sevincinə şərik olduğumuz üçün çox məmnunuq. Bu sağlamlıq oçağı uşaq və yeniyetmələrin fiziki cəhətdən hazırlıqlı olmasına öz təsirini göstərəcək və onlarda idmana qarşı rəğbət hissi oyadacaqdır.