SƏNGƏÇAL TERMİNALI GENİŞLƏNDİRİLİR
AzerTAg.az
Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinə uyğun olaraq, Səngəçal terminalında genişləndirmə işlərinə başlanmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, təxminən iki il davam edəcək həmin işlər əsas tikinti podratçısı olan “Tekfen/Azfen” alyansı tərəfindən aparılır. Bu, həm də hazırda “Azəri-Çıraq-Günəşli” yataqlarındakı obyektlərin tikinisində çalışan 1000 nəfərə yaxın Azərbaycan vətəndaşının daha iki il işlə təmin olunmasına imkan yaradacaqdır.
“Şahdəniz” sahəsi terminalın təxminən üçdə bir hissəsini tutacaqdır. İlk üç ay ərzində yollar çəkiləcək, drenaj sistemi tikiləcək, gələn il terminala gətiriləcək 20 min ton avadanlığın yerləşdirilməsi üçün anbar və meydançaların inşasına başlanacaqdır. Əsas tikinti işlərinə 2004-cü ilin yanvarında başlamaq, 2005-ci ilin dekabrında isə qurtarmaq nəzərdə tutulmuşdur.
Tam hazır olandan sonra terminal “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil ediləcək neftin, eləcə də “Şahdəniz” qazının əsas qəbul, emal, həmçinin, ixrac mərkəzinə çevriləcəkdir. O, gündə təqribən 1 milyon barrel neft və 28 milyon kubmetr qaz ötürə biləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var