İQTİSADİYYAT
“SƏNGƏÇAL” YARDIMÇI STANSİYANIN GENİŞLƏNDİRİLMƏSİ İŞİ BAŞA ÇATDIRILDI
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bundan əvvəl Ukraynadakı istehsalçı zavoddan transformator gətirilmiş, habelə yardımçı infrastrukturun quraşdırılması, 110 kVt gücündə şin sisteminin gücləndirilməsi üzrə işlər, sazlama və sınaq əməliyyatları yerinə yetirilmişdir.
Beləliklə, 220 kilovoltluq sistemli “Səngəçal” yardımçı stansiyasının genişləndirilməsi layihəsi həyata keçirilmişdir. Bu işlərdən məqsəd Xəzər neftini nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin strateji cəhətdən mühüm obyekti olan Səngəçal terminalının enerji təchizatının etibarlılığını gücləndirməkdir.
Bu məqsədlə terminalın ərazisində “Azərenerji” SC-nin qüvvələri ilə Almaniyanın “SİEMENS” şirkətindəki tərəfdaşlarla birlikdə 110\010 kilovolt gücündə yeni yardımçı stansiya inşa olunur. Yardımçı stansiya hazırda beş kilometrlik 110 kilovoltluq elektrik xətti ilə “Səngəçal” yardımçı stansiyasına birləşdirilir. Yeni transformator işə salındıqdan sonra stansiyaya test gərginliyi verilmişdir.