DÜNYA
SANİTARİYA VƏ ABADLIQ AYLIĞI DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, icra hakimiyyətinin başçısının göstərişinə əsasən bununla əlaqədar şəhər ştabı yaradılmışdır və onun tərkibinə müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri daxil olmuşlar. Onlar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, hər gün yaşayış massivlərini - məhəllələri və mikrorayonları gəzirlər. Həyətlərin, binaların zirzəmilərinin vəziyyətinə xüsusi diqqət yetirilir, dezaktivasiya və dezinfeksiya işləri görülür. Reydlər zamanı küçə ticarəti normalarından kənara çıxan ayrı-ayrı hallar yerindəcə nəzarətə götürülür. Qaydaları pozanlara qarşı ciddi sanksiyalar tətbiq edilir, lazım gəldikdə lisenziyaları geri alınır.
Reydlər zamanı Azərbaycan-Alman birgə müəssisəsinin işindən razılıq qeyd olunmuşdur. Bu müəssisə beş ildən çoxdur Sumqayıtda məişət və sənaye tullantılarının toplanması, şəhərdən çıxarılması və emal edilməsi ilə məşğul olur.