İQTİSADİYYAT
SANKT-PETERBURQDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Tədbir iştirakçıları, əvvəlcə, Sankt-Peterburq məscidini ziyarət etmiş, Rusiya Federasiyası şimal-qərb regionundakı müsəlmanların ruhani idarəsinin sədri Xocalıda qətlə yetirilənlərin xatirəsinə “Quran” oxumuşdur.
“Gənclik” sarayında davam etdirilən tədbirdə Sankt-Peterburq şəhər administrasiyasının məsul işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Xocalı soyqırımından bəhs edən filmin nümayişindən sonra Baş konsul Qüdsi Osmanov, Sankt-Peterbuqr Şəhər Milli Liqasının sədri H.Saqiyev, Azərbaycan Milli Mədəniyyət Evinin baş direktoru A.Qasımov və başqaları faciənin başvermə səbəblərindən söz açmış, bu qırğının Azərbaycan xalqına, ümumilikdə, bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu bildirmişlər.
Baş konsulluq ingilis və rus dillərində hazırladığı məlumatı Xocalıdan olan məcburi köçkünlərin soyqırımının 14-cü ildönümü münasibətilə BMT, Avropa Şurasına və ATƏT-ə ünvanlanmış müraciəti ilə birlikdə şəhərdəki diplomatik nümayəndəliklərə, kütləvi informasiya vasitələrinə, hüquq müdafiə orqanlarına göndərmişdir.
Bundan əlavə, faciənin ildönümü ərəfəsində şəhərin ən populyar qəzetlərindən olan “Veçerniy Peterburq”da Baş konsul Q.Osmanovun Xocalı soyqırımından bəhs edən məqaləsi dərc olunmuş, “TV-5” kanalında faicə ilə bağlı süjet göstərilmişdir.