DÜNYA
ŞANXAYDA KEÇİRİLƏN EKSPO-2010 SƏRGİSİNDƏ TAMAŞAÇILARI PAVİLYONLARA LOTOREYA,BAHALI HƏDİYYƏLƏR VƏ ƏYLƏNCƏLƏRLƏ CƏLB EDİRLƏR
Bakı,19 iyun (AZƏRTAC). Şanxayda keçirilən Ümymdünya EKSPO-2010 universal sərgidə iştirak edən ölkələrin milli pavilyonları tamaşaçıları lotoreyalar, bahalı hədiyyələr və maraqlı əyləncələrlə cəlb edirlər.
Belçika pavilyonuna gətirilmiş şokolad istehsal edən mini-fabrik gündə iki dəfə minlərlə kiçik şokolad paylayır. Fransa pavilyonu tanınmış brend ətirlərinın və kosmetika nümunələrinin pulsuz paylanmasını təşkil edir. Bu zaman lotoreya prinsipindən istifadə olunur, fransız kosmetika nümunələrinin paylanması günü və vaxtı bəxtə-bəxt seçilir. Belçikanın brilyant istehsalçıları gündə bir dəfə 4999, 3999 və 2999 yuan dəyərində zərgərlik məmulatlarının lotoreyasını keçirir. Bidirildiyinə görə 4999 yuan ( 850 dollara yaxın) dəyərində olan ilk brilyantı şanxaylı məktəbli qız udmuşdur.
Kanada və Cənubı Koreya pavilyonlarında pulsuz şəkil çəkdirmək mümkündür. Coca-Cola pavilyonunda tamaşaçılara ikilitrlik şüşələrdə sərinləşdirici içkilər, Yaponiya pavilyonunda isə kiçik kətan kisələrdə şokolad və plastik materialdan hazırlanmış sərinkeşlər paylanir.
Ən bahalı və orijinal mükafatlar isə milli pavilyonların milyonuncu tamaşaçılarına verilir. Macarıstan pavilyonunun milyonuncu tamaşaçısı yeddi yaşlı Xun İvey mükafat olaraq Budapeştə 7 günlük pulsuz səyahət edəcəkdir. Polşa pavilyonunun milyonuncu tamaşaçısına noutbuk hədiyyə olunmuş və o, doqquz nəfərdən ibarət ailəsi ilə birlikdə Polşa restoranında pulsuz nahar etmişdir. Lüksemburq pavilyonunun yubiley qonağına mükafat kimi kral ailəsinin içdiyi ağ şərab dəsti bağışlanmışdır.
Lakin ən bahali hədiyyə SAİC-GM korporativ pavilyonunun milyonuncu tamaşaçısına veriləcəkdir. Yubilyara General Motors şirkətinin Şanxaydakı müəssisəsində istehsal olunmuş minik avtomobilı təqdim ediləcəkdir.