MƏDƏNİYYƏT


“SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN” TAMAŞASININ PREMYERASI OLMUŞDUR

Yanvarın 10-da “Yuğ” Dövlət Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud boyçiçəyi” dramının premyerası olmuşdur.

Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaradıcı heyətin versiyası əsasında hazırlanmış ikihissəli virtual dramın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Rövşən Sənanoğludur.

Rollarda Məmməd Şəfa (Həsənzadə),Nətəvan Qeybani (Xurşud), Zümrüd Bəxtiyar (Nargilə) və Qasım Nağı (Qəribcan) çıxış etmişlər.

Baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər tamaşada olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.