SƏRBƏST DÖNƏRLİ VALYUTAYAÜSTÜNLÜK VERİLMİŞDİR
AzerTAg.az
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin doqquz ayı ərzində idxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara daha çox üstünlük verilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablamalar əsasında malların gömrük nəzarətindən keçirilməsinin xüsusi çəkisi artmış, qapalı dövriyyəli valyuta və barter sazişlərinin xüsusi çəkisi aşağı düşmüşdür.
Cari ilin ötən üç rübündə barter üsulu ilə ixrac əməliyyatlarının həcmi idxaldan 1262.6 min ABŞ dolları məbləğində çox olmuşdur. Uzaq xarici ölkələr üzrə əməliyyatlar ixracda 2173.8 min, idxalda 917.0 min ABŞ dolları, MDB dövlətləri üzrə ixracda 246.3 min, idxalda isə 240.5 min ABŞ dolları təşkil etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var